Əsas məzmuna keç

Mobil tətbiqlərin hazırlanması

Mobil tətbiq yaratmaq istəyirsiniz? iOS və Android tətbiqini ideyadan App Store və Google Play-də yayıma qədər biz hazırlayırıq: müştəriniz sifarişi, rezervasiyanı və ödənişi telefondan edir.

H2 Solutions bizneslər üçün mobil tətbiqlərin hazırlanması ilə məşğuldur: müştəri tətbiqi, sifariş və rezervasiya tətbiqi, loyallıq proqramı, əməkdaşlar üçün daxili tətbiq. Dizayndan mağazalarda dərc olunmağa qədər bütün iş bir komandada gedir. Tətbiqi hər platforma üçün ayrıca yaza, ya da bir kod bazası ilə (cross-platform) həm iOS, həm Android üçün hazırlaya bilərik.

Mobil tətbiq hansı biznesə lazımdır?

Tətbiq müştərisi təkrar-təkrar qayıdan bizneslərdə özünü doğruldur: onlayn mağaza, çatdırılma, klinika, təhsil mərkəzi, xidmət şəbəkəsi. Push bildiriş, kamera, geolokasiya və ya oflayn iş lazım deyilsə, yaxşı qurulmuş mobil sayt çox vaxt daha sərfəli olur. Bunu pulsuz ilkin konsultasiyada birlikdə ölçüb-biçirik ki, lazımsız xərcə düşməyəsiniz.

Tətbiq necə hazırlanır?

İlk addımda ən vacib funksiyalardan ibarət birinci versiyanı müəyyən edirik. Tətbiq tez yayıma çıxır, qalan imkanları istifadəçilərin real davranışına baxıb əlavə edirik. Qiymət və mərhələlər yazılı təklifdə sabitlənir. Tətbiq sizin şirkətin adına dərc olunur, mənbə kodu və mağaza hesabları sizə məxsusdur. Yayımdan sonra yeniləmə və dəstək davam edir.

Son yenilənmə:

Nə daxildir?

  • iOS tətbiqi — iPhone və iPad üçün, App Store-da dərc olunma ilə
  • Android tətbiqi — Google Play-də dərc olunma ilə
  • Cross-platform tətbiq — bir kod bazası, hər iki platforma
  • İstifadəçi ssenariləri, kliklənən prototip və tətbiq dizaynı
  • Qeydiyyat, şəxsi kabinet və push bildirişlər
  • Onlayn ödəniş, xəritə və geolokasiya, SMS təsdiqi
  • Tətbiqi idarə etmək üçün admin panel; sayt və mövcud sistemlə ortaq baza
  • Yayımdan sonra yeniləmələr və texniki dəstək

Bu xidmət haqqında suallar

  1. Analiz və plan
  2. Dizayn və UX/UI
  3. Proqramlaşdırma
  4. Test və optimallaşdırma
  5. Dəstək və inkişaf
Layihə addım-addım necə gedir

Əlaqə. Başlayaq

Layihənizdən danışaq: telefon, WhatsApp və ya e-poçt. 24 saat ərzində cavab veririk.

Layihə müzakirə edək