Əsas məzmuna keç

UI/UX dizayn, loqo hazırlanması və brendinq

Sayt və mobil tətbiq üçün UI/UX dizayn, loqo hazırlanması və korporativ üslub: müştərinin rahat işlətdiyi interfeys və hər yerdə eyni tanınan brend.

Yaxşı dizayn iki iş görür: müştəri sizi tanıyır və axtardığını asan tapır. H2 Solutions sayt və mobil tətbiqlər üçün UI/UX və veb dizayn, şirkətlər üçün loqo dizaynı, brend kimliyi (brand identity) və korporativ üslub hazırlayır. UI/UX dizayn istifadəçinin sayt və ya tətbiqdə lazım olanı tez tapıb sifarişi tamamlaması üçündür. Brendinq isə şirkətinizin loqodan vizit kartına, saytdan sosial şəbəkəyə qədər hər yerdə eyni və tanınan görünməsi üçün.

Dizayna nə vaxt ehtiyac yaranır?

Yeni açılmısınız və adınızdan başqa hələ heç nəyiniz yoxdur. Loqonuz köhnəlib və ya hər yerdə fərqli görünür. Saytınıza, tətbiqinizə ziyarətçi gəlir, amma sifarişi yarımçıq qoyub gedir. Ya da proqramçıya vermək üçün hazır dizayn lazımdır. Bu dörd halın hər birində iş başqa yerdən başlayır, ona görə əvvəlcə nəyin çatışmadığına birlikdə baxırıq.

Loqo və sayt dizaynı necə hazırlanır?

İşə müştərinizdən və rəqiblərinizdən başlayırıq, sonra bir neçə istiqamət təqdim edir və seçdiyinizi tam işləyirik. İnterfeys dizaynını kliklənən prototiplə göstəririk — proqramlaşdırmadan əvvəl necə işləyəcəyini görürsünüz. Düzəliş raundlarının sayı və qiymət yazılı təklifdə əvvəlcədən bəllidir. Təhvildə bütün mənbə faylları və istifadə qaydaları (brendbuk) sizə verilir. İstəsəniz, dizaynı sayta və tətbiqə də biz çeviririk.

Son yenilənmə:

Nə daxildir?

  • UI/UX dizayn — istifadəçi ssenariləri, səhifə quruluşu və kliklənən prototip
  • Veb sayt dizaynı — kompüter, planşet və telefon üçün ekranlar
  • Mobil tətbiq dizaynı — iOS və Android qaydalarına uyğun interfeys
  • Loqo dizaynı — bir neçə istiqamət, seçilmiş variantın tam işlənməsi
  • Brend kimliyi (brand identity) — rənglər, şriftlər və qrafik elementlər
  • Korporativ üslub — vizit kart, blank, təqdimat və sosial şəbəkə şablonları
  • Brendbuk — loqo və üslubdan istifadə qaydaları
  • Mənbə fayllarının təhvili və proqramçıya hazır dizayn sistemi

Bu xidmət haqqında suallar

  1. Analiz və plan
  2. Dizayn və UX/UI
  3. Proqramlaşdırma
  4. Test və optimallaşdırma
  5. Dəstək və inkişaf
Layihə addım-addım necə gedir

Əlaqə. Başlayaq

Layihənizdən danışaq: telefon, WhatsApp və ya e-poçt. 24 saat ərzində cavab veririk.

Layihə müzakirə edək