Sayt hazırlanması bizdə bir sualdan başlayır: ziyarətçi sizə niyə yazmalıdır? H2 Solutions Bakıda veb saytların hazırlanması ilə məşğuldur — korporativ sayt, xidmət və biznes saytı, reklam üçün landing page, qeyri-standart funksiyalı fərdi veb layihələr. Saytın gözəl görünməsi işin yarısıdır. Ziyarətçi nə təklif etdiyinizi ilk ekranda anlamalı, sonra zəng etməli, yazmalı və ya sifariş verməlidir.
Yeni sayt kimə lazımdır?
Müştərini hələ də yalnız Instagram və tanışlıqla tapırsınızsa, sayt sizə yeni bir qapı açır. Saytınız var, amma oradan müraciət gəlmirsə, səbəb çox vaxt saytın özündədir. Reklama pul xərcləyib ziyarətçini zəif səhifəyə göndərənlər də eyni vəziyyətdədir. Köhnə saytınız telefonda pis açılır, gec yüklənir və ya Google-da adınızdan başqa heç bir sorğuda çıxmır? Yenisini məhz bu problemləri həll etmək üçün qururuq.
Saytı necə hazırlayırıq?
Dizayndan yox, müştərinizdən başlayırıq: o nə axtarır, hansı sualı verir, rəqibləriniz nə təklif edir. Səhifələrin quruluşu və mətnlər buna görə yazılır, dizayn və proqramlaşdırma ondan sonra gəlir. Qiyməti və müddəti işə başlamazdan əvvəl yazılı təklifdə sabitləyirik. Korporativ sayt adətən 3–5 həftəyə təhvil verilir. Saytı admin paneli ilə birlikdə alırsınız, təhvildən sonra 1 ay pulsuz dəstək göstəririk, domen və bütün girişlər sizə məxsus olur. Sayt sifarişi üçün qısa brif kifayətdir — qalanını konsultasiyada birlikdə dəqiqləşdiririk.
Son yenilənmə:
Nə daxildir?
- Korporativ sayt — şirkətinizi, xidmətlərinizi və üstünlüklərinizi tanıdan əsas sayt
- Biznes və xidmət saytları — müraciət və sifariş toplamaq üçün qurulan səhifələr
- Landing page — bir reklam kampaniyası və ya tək təklif üçün satış səhifəsi
- Fərdi veb layihələr — hesablayıcı, şəxsi kabinet, onlayn rezervasiya, portal
- Google-da tapılmaq üçün SEO əsasları: düzgün başlıqlar, sürət, sitemap
- Telefonda rahat işləyən, tez açılan dizayn
- Admin panel — mətn və şəkilləri proqramçısız özünüz dəyişirsiniz
- Çoxdilli sayt, müraciət formaları, WhatsApp və zəng düymələri
Bu xidmət haqqında suallar
Sayt qiyməti saytın növündən (landing page, korporativ sayt, fərdi layihə), səhifə və dil sayından, xüsusi funksiyalardan asılıdır. Mətnləri kimin hazırlaması da qiymətə təsir edir. Pulsuz ilkin konsultasiyadan sonra sabit qiymətli yazılı təklif veririk — iş gedişində razılaşdırılmamış əlavə xərc çıxmır.
Korporativ sayt adətən 3–5 həftəyə hazır olur. Müddəti səhifə sayı və fərdi funksiyalar uzadır, ən çox isə mətn və şəkillərin nə vaxt hazır olması. Dəqiq təqvimi mərhələ-mərhələ yazılı təklifdə göstəririk.
Sayt müraciət toplamaq üçün qurulur: təklif aydındır, əlaqə düymələri göz önündədir, səhifə tez açılır və Google onu rahat oxuyur. Müraciətlərin sayı isə sayta gələn trafikdən — reklamdan, SEO-dan, sosial şəbəkələrdən — asılıdır, ona görə konkret rəqəm vəd etmirik. Saytla birlikdə analitika qururuq ki, hər müraciətin haradan gəldiyini görəsiniz.
Bəli. Hər saytı admin paneli ilə təhvil veririk: mətnləri, şəkilləri, xidmətləri və bloq yazılarını proqramçıya ehtiyac olmadan özünüz dəyişirsiniz. Təhvil zamanı paneldən istifadə üzrə təlim də keçirik.
Konstruktor sadə vizit-sayt üçün tez və ucuz yoldur. Fərdi sayt isə sürət, Google-da görünmə, qeyri-standart funksiyalar və gələcəkdə genişlənmə lazım olanda qazandırır. Plaginlərdən və aylıq platforma haqqından asılı qalmırsınız, sayt sizə məxsusdur. Sizə konstruktor kifayət edirsə, bunu açıq deyirik.
Saytın görünən hissəsini Next.js (React, TypeScript), admin panelini və server hissəsini Laravel üzərində qururuq. Belə saytda səhifələr serverdə hazırlanır, ona görə tez açılır və axtarış sistemləri məzmunu problemsiz oxuyur. Performansda hədəfimiz Lighthouse üzrə 90+ baldır. Texniki SEO, Schema.org datası və çoxdilli URL quruluşu təhvilə daxildir.
Lazım olan qədər dildə. Hər dilin öz ünvanı, tərcümə olunmuş metaməlumatı və hreflang işarəsi olur ki, Google hər ölkədə uyğun dili göstərsin. Sign & Graphics saytı üç dildə 50-dən çox səhifə ilə işləyir, bu sayt isə altı dildədir. Dil sayı qiymətə və müddətə təsir edir.
İstəsəniz, biz yazırıq: səhifələrin quruluşu və mətnlər müştərilərinizin axtardığı sorğulara və verdiyi suallara görə hazırlanır. Hazır mətniniz varsa, onu redaktə edib axtarış üçün uyğunlaşdırırıq. Bu seçim sayt hazırlanması qiymətinə də təsir edir, ona görə təklifdə ayrıca göstərilir.


