Əsas məzmuna keç

Onlayn mağaza və e-ticarət saytı

Onlayn mağaza açmaq istəyənlər üçün e-ticarət saytı, B2B satış platforması və marketplace qururuq: məhsulu tez tapdıran kataloq, rahat sifariş və onlayn ödəniş.

Onlayn mağaza açmaq sayt qurmaqdan artıq işdir: alıcı məhsulu tez tapmalı, sifarişi bir neçə addımda bitirməli, siz isə stoku və sifarişləri bir paneldən görməlisiniz. H2 Solutions e-ticarət (e-commerce) layihələrini sıfırdan qurur — pərakəndə onlayn mağaza, topdan alıcılar üçün B2B satış platforması, bir neçə satıcının işlədiyi marketplace və qeyri-standart satış modeli üçün fərdi həllər. Azərbaycanda üç işlək onlayn mağaza təhvil vermişik: Climahome (istilik və soyutma sistemləri), Alzone (1 800-dən çox məhsullu santexnika və istilik mağazası) və MegaParts (avtomobil ehtiyat hissələri).

Onlayn satışa kimlər keçir?

Bu xidmət fiziki mağazasını internetə çıxaran, Instagram və elan saytlarından öz online mağazasına keçən satıcılar üçündür. Topdan sifarişləri telefon və WhatsApp-dan sistemə daşımaq və ya köhnə, yavaş mağazanı yeniləmək istəyənlər də bizə gəlir. Hamısında qayda eynidir: alıcı axtardığını tez tapmasa, çıxıb gedir. Ona görə kateqoriyalar, filtrlər və axtarış layihənin mərkəzində dayanır, sifariş isə bir neçə addımda tamamlanır.

E-ticarət saytını necə qururuq?

Əvvəlcə satışınızın necə getdiyini öyrənirik: məhsul necə seçilir, qiymət necə formalaşır, çatdırılma və ödəniş necə işləyir. Mağaza əsas funksiyalarla açılır, əlavə imkanlar mərhələ-mərhələ gəlir — beləcə satışa tez başlayırsınız. Hər məhsul və kateqoriya səhifəsini Google-da tapılmaq üçün ayrıca hazırlayırıq. Qiymət yazılı təklifdə sabitlənir. Mağaza və bütün məlumatlar sizə məxsusdur, aylıq platforma haqqı yoxdur.

Son yenilənmə:

Nə daxildir?

  • Onlayn mağaza — kataloq, filtr, axtarış, səbət və sifarişin rəsmiləşdirilməsi
  • B2B e-ticarət platforması — topdan qiymətlər, müştəriyə özəl şərtlər, təkrar sifariş
  • Marketplace — bir neçə satıcı, satıcı kabineti və komissiya hesablaması
  • Fərdi e-ticarət — məhsul konfiquratoru, uyğunluq üzrə seçim, qeyri-standart qiymət
  • Onlayn ödəniş, çatdırılmada ödəniş və hissə-hissə ödəniş variantları
  • Admin panel — məhsul, qiymət, stok, sifariş və endirimləri bir yerdən idarə edirsiniz
  • Məhsulların Excel faylından və ya uçot sistemindən toplu yüklənməsi
  • Məhsul səhifələrinin Google üçün optimallaşdırılması və satış analitikası

Bu xidmət haqqında suallar

Bu xidmətlə qurduğumuz layihələr

  1. Analiz və plan
  2. Dizayn və UX/UI
  3. Proqramlaşdırma
  4. Test və optimallaşdırma
  5. Dəstək və inkişaf
Layihə addım-addım necə gedir

Əlaqə. Başlayaq

Layihənizdən danışaq: telefon, WhatsApp və ya e-poçt. 24 saat ərzində cavab veririk.

Layihə müzakirə edək