Layihə haqqında
- Müştəri
- Climahome
- İl
- 2026
Climahome Bakıda kombi, kondisioner, radiator, boyler və santexnika avadanlıqları satır. Onlara alıcının telefondan da rahat seçim edib sifariş verə biləcəyi, axtarışda tapılan və satış gətirən onlayn mağaza lazım idi.
Nə etdik
- Müasir dizayn — təmiz, etibar yaradan görünüş; məhsullar, kampaniyalar və endirimlər ön planda.
- Sürətli sayt — səhifələr dərhal açılır, alıcı gözləmədən məhsula keçir.
- Rahat seçim — bölmələr, marka və parametr filtrləri ilə lazım olan məhsul bir neçə kliklə tapılır.
- Satışı artıran imkanlar — hər sifarişdən 2% cashback, rəyə görə bonus, dost dəvətinə görə cashback, BirKart və TamKart ilə hissəli ödəniş, usta xidməti sifarişi.
- Telefonda rahat — mobil menyu, bir toxunuşla zəng və WhatsApp.
- Üç dil — sayt Azərbaycan, rus və ingilis dillərində işləyir.
- Asan idarəetmə — məhsulları, qiymətləri və kampaniyaları komanda özü idarə panelindən yeniləyir.
SEO və süni intellekt axtarışı
Sayt Google-da və ChatGPT, Gemini kimi süni intellekt axtarışlarında ilk sıralarda görünməsi üçün optimizasiya olunub. Saytın hazırlanması başa çatıb, SEO işləri hazırda davam edir. Axtarış nəticələri birbaşa idarə panelində izlənilir.