Əsas məzmuna keç

MegaParts — avtomobil ehtiyat hissələri mağazası

Ford, Hyundai, Kia, Renault və Fiat hissələri satan MegaParts üçün onlayn mağaza: alıcı avtomobilini seçir, uyğun hissəni tapır; hər modelin öz səhifəsi.

06

Layihə haqqında

Müştəri
MegaParts
İl
2026

MegaParts Ford, Hyundai, Kia, Renault və Fiat avtomobilləri üçün orijinal, OEM və analoq ehtiyat hissələri satır. Ehtiyat hissəsi alanda ən çətini düzgün hissəni tapmaqdır — sayt məhz bunu asanlaşdırmaq üçün qurulub.

Nə etdik

  • Avtomobilə görə seçim — marka, model, il və mühərriki seçin — sayt yalnız həmin avtomobilə uyğun hissələri göstərir. Səhv hissə alınmır, geri qaytarmalar azalır.
  • Kod və VIN ilə axtarış — hissə kodu ilə axtarış; VIN kodunu göndərən müştəriyə komanda uyğun hissəni özü seçir.
  • Hər model üçün səhifə — “Ford Focus ehtiyat hissələri” kimi axtarışlarda müştərini birbaşa doğru səhifəyə gətirən model və marka səhifələri.
  • Bir kliklə sifariş — hər məhsulda WhatsApp ilə sifariş; telefonda zəng, VIN və kataloq düymələri həmişə əl altında.
  • Müasir və sürətli — təmiz dizayn, tez açılan səhifələr, telefonda rahat istifadə.
  • Asan idarəetmə — kataloq Excel faylından bir dəfəyə yüklənir, məhsullar və uyğunluqlar idarə panelindən yenilənir.
  • Bloq — avtomobil baxımı və hissə seçimi haqqında faydalı məqalələr axtarışdan əlavə ziyarətçi gətirir.

Axtarışda görünmə üçün nə edildi

Hər marka, model və kateqoriya səhifəsi üçün üç dildə başlıq, mətn və sual-cavab bloku idarə panelindən redaktə olunur; boş qalan siyahılar indeksdən çıxarılıb, Search Console göstəriciləri paneldə izlənir. SEO işləri davam edir.

  1. Analiz və plan
  2. Dizayn və UX/UI
  3. Proqramlaşdırma
  4. Test və optimallaşdırma
  5. Dəstək və inkişaf
Layihə addım-addım necə gedir

Əlaqə. Başlayaq

Layihənizdən danışaq: telefon, WhatsApp və ya e-poçt. 24 saat ərzində cavab veririk.

Layihə müzakirə edək