Layihə haqqında
- Müştəri
- Aromatik
- İl
- 2026
Aromatik Avropa mənşəli keyfiyyətli ətir yağlarından hazırlanan, öz flakonlarında təqdim olunan qalıcı ətirlər satır. Məqsəd sadədir: tanınmış ətirlərin notlarını daha münasib qiymətə, uzun müddət hiss olunan keyfiyyətdə təqdim etmək. Belə mağazada alıcı ətri iyləyə bilmir, ona görə sayt qoxunu sözlə və quruluşla anlatmalı idi.
Nə qurduq
Saytı sıfırdan hazırladıq və 790 ətirlik kataloq yığdıq. Ətirlər Qadın, Kişi və Unisex, eləcə də Ərəb, Dubay və Avropa bölmələrinə ayrılıb, Şirin, Sərin, Qış, Qalıcı, Fransız və Niş kolleksiyaları alıcını əhvalına görə seçimə aparır. Ağıllı filtr lazım olan ətri bir neçə kliklə tapmağa kömək edir. Məhsul səhifəsində həcm kartları qiymətlə, ətrin not piramidası, səbətə əlavə, WhatsApp ilə sürətli sifariş və zəng düyməsi var. Qeydiyyatsız sifariş verilə bilir, hər yeni sifariş haqqında sahibkara SMS gedir.
Texnologiyalar
Arxa tərəf Laravel, sayt Next.js 16 üzərindədir, verilənlər MySQL-də saxlanılır. Sayt Azərbaycan, rus və ingilis dillərində işləyir.
SEO və GEO
Tam SEO və GEO auditi apardıq, üç dildə açar söz araşdırması etdik və 93 səhifəlik məzmun dəsti hazırladıq. Bloq 23 mövzuda üç dildə yazıldı, hər yazıda sual-cavab bloku var. GEO işinin nəticəsi rəqəmlərdə görünür: son ölçmədə sayta gələnlərin ən böyük hissəsi ChatGPT-dən gəldi, Google-dan gələnlərdən də çox.
Bu gün
Sifariş yolunu sadələşdirdik, kataloqu və kolleksiyaları genişləndiririk. Google-da mövqeləri gücləndirmək üçün SEO, süni intellekt axtarışlarında görünmək üçün isə GEO işləri davam edir.